"Uçuşdan sonra Yeni İli bizimlə qeyd etmək istəyirdi" - Pilot İqor Kşnyakinin qızı
“Axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı”.
Patrul.az xəbər verir ki, bu sözləri bu gün II Fəxri xiyabanda Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib.
Onun sözlərinə görə, atası uçuşu başa vurduqdan sonra Yeni ili onlarla qeyd etməyə gələcəkdi:
“Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq o, gəlmədi”.






