“Uğur 777 Estetik Klinika Mərkəzi”ndə qazi və şəhid ailələri üçün xidmətlər tamamilə ödənişsiz şəkildə təqdim olunacaq - VİDEO
Son illərdə sosial şəbəkələrdə barəsində saxta məlumatlar yayılan “Uğur 777 Estetik Klinika Mərkəzi” məsələyə yenidən münasibət bildirib.
“Klinika rəhbərliyindən pul tələb olunub, lakin o bunu vermədiyindən belə xəbərləri həmin nümayəndələr media işçiləri ilə əlbir olaraq yaymaqda davam edirlər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında “Uğur 777 Estetik Klinika Mərkəzi”nin İctimai Əlaqələr Şöbəsinin rəhbəri Fatimə Mahmudova deyib.
Onun sözlərinə görə, bəzi internet resurslarında yayılan sifarişli xəbərlər klinikanın hər kəs üçün əlçatan qiymətlərlə xidmət göstərməsindən narahat olan şəxslərin göstərişi ilə yayımlanır.
Qeyd edək ki, “Uğur 777 Estetik Klinika Mərkəzi” Qurban bayramı münasibətilə 15 may tarixinədək bütün estetik prosedurlar üzrə xüsusi endirim kampaniyası elan edib.
Klinika 18 yaşdan yuxarı bütün xanımları bu fürsətdən yararlanmağa dəvət edir. Eyni zamanda, Qazi və Şəhid ailələri üçün xidmətlər tamamilə ödənişsiz şəkildə təqdim olunacaq.
Gözəlləşmək istəyirsinizsə, tələsin! “Uğur Estetik Klinika Mərkəzi”nin bayrama özəl endirim kampaniyasından siz də faydalanın!






