media-14ca3f4d-1e94-45b0-b2d6-f3c605cfcfd0

Ukrayna pilotsuz təyyarələri ardıcıl olaraq Moskvaya zərbələr endirir.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, paytaxtın hava limanları müvəqqəti bağlanıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, 19 dron müxtəlif istiqamətlərdən şəhərə yaxınlaşıb, onlardan biri yaşayış binası yaxınlığında partlayıb. Rusiya Müdafiə Nazirliyi isə dörd dronun məhv edildiyini açıqlayıb.
“Hadisə yerində fövqəladə xidmətlər işləyir”, – deyə Sobyanin əlavə edib. Sosial mediada yayılan görüntülərə əsasən, dağıntılar əsas magistral yollara da düşüb.

Qeyd edək ki, bu hücumlar İkinci Dünya Müharibəsində Sovet İttifaqının Almaniya üzərində qələbəsinin 80-ci ildönümündən bir neçə gün əvvəl baş verib və bu tarixi tədbir öncəsi gərginliyi daha da artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər