Ukrayna və Rusiya arasında hərbiçilərin cəsədlərinin mübadiləsi baş tutdu
Ukrayna və Rusiya arasında hərbçilərin cəsədlərinin mübadiləsi baş tutub.
Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, Ukrayna tərəfi Rusiyanın ukraynalı hərbçilərə məxsus olduğunu bildirdiyi 1000 cəsədi qəbul edib. Eyni zamanda, Rusiya Ukraynada tapılan 24 hərbçisinin cəsədini geri alıb.
Bu barədə Ukraynanın Koordinasiya Qərargahı məlumat yayıb. Bildirilib ki, repatriasiya tədbirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Məlumata görə, yaxın günlərdə hüquq-mühafizə orqanlarının müstəntiqləri və Daxili İşlər Nazirliyinin ekspertiza qurumları bütün zəruri araşdırmaları aparacaq, meyitlərin şəxsiyyətini müəyyən edəcəklər.
Gülbəniz Səfərova






