“Univet Veterinary Clinic” baytarlıq klinikasında ev heyvanı natəmiz və qeyri-peşəkar şəkildə təmizlənir - VİDEO
Bilgəhdə yerləşən “Univet Veterinary Clinic” baytarlıq klinikasında ev heyvanının natəmiz və qeyri-peşəkar şəkildə təmizlənməsi ilə bağlı iddia yayılıb.
Patrulaz.az-a daxil olan məlumata görə, sözügedən klinikaya itinin qırxılması və təmizlənməsi üçün müraciət edən vətəndaş heyvanı geri aldıqda onun palçıqlı, sulu və səliqəsiz vəziyyətdə olduğunu görüb.
Şikayətçi bildirib ki, it klinika əməkdaşları tərəfindən evdən götürülüb, lakin qaytarıldıqda gigiyenik baxımdan baxımsız halda olub.
“İti nə gündə göndəriblər. Belə it qırxarlar? Tükləri sulu, altı torpaq və qumla doludur. Harda görmüsüz belə qırxım?” – deyə narazı vətəndaş açıqlamasında bildirib.
Şikayətçi əlavə edib ki, heyvanın vəziyyətini görüb klinikaya üz tutmaq istəsə də, içəri buraxılmayıb və şikayətinə yerində cavab verilməyib.
Redaksiyamıza daxil olan görüntülərdən də aydın görünür ki, it sulu, tükləri isə demək olar ki, qırxılmamış və baxımsız vəziyyətdədir. Kadrlarda şikayətçinin iddialarının əsaslı olduğu təsdiqini tapır.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin – “Univet Veterinary Clinic” rəhbərliyinin də mövqeyini öyrənməyə hazırıq.
Gülbəniz Səfərova






