media-inshot_20250826_184557966

Kardioloqlar ürək çatışmazlığının dünya üzrə ölüm səbəbləri arasında ilk sıralarda yer aldığını bildirirlər.

Ürək çatışmazlığı, sadə dillə desək, ürəyin orqanizmə lazım olan miqdarda qanı pompalaya bilməməsi deməkdir. Bu, bütün orqanların oksigenlə zəif qidalanmasına, nəticədə nəfəs darlığı, yorğunluq və gündəlik həyatda çətinliklərə səbəb ola bilər.

Patrulaz.az ürək çatışmazlığının səbəbləri və qarşısının alınma yolları haqqında araşdırma edib.

Ürək çatışmazlığına səbəb olan amillər çoxdur. Ən əsasları isə yüksək qan təzyiqi, keçmişdə yaşanmış infarkt, ürək qapaqlarındakı problemlər, şəkərli diabet, piylənmə, siqaret və həddindən artıq stresdir. Bütün bu faktorlar ürəyə əlavə yük salaraq onun zəifləməsinə səbəb olur.

Bəs qarşısını necə ala bilərik?

Ürək sağlamlığını qorumaq üçün ilk addım həyat tərzini dəyişməkdir. Sağlam qidalanmaq, duz və yağdan uzaq durmaq, tərəvəz və meyvələri artırmaq çox vacibdir. Fiziki aktivlik də ürəyin dostudur – gündəlik gəzinti belə faydalıdır. Siqaret və spirtli içkilərdən imtina, stressin idarə olunması, kifayət qədər yuxu və mütəmadi tibbi müayinələr ürək çatışmazlığının qarşısını almaqda mühüm rol oynayır.

Qeyd edək ki, ürək çatışmazlığı qəfil baş vermir, illərin yığılmış nəticəsidir. Ancaq vaxtında tədbir görülərsə, ürəyi qorumaq mümkündür. Sağlam ürək isə uzun ömrün, güclü həyat enerjisinin əsas şərtidir.

Ləman Sərraf


Bənzər xəbərlər