media-inshot_20250925_190448636

Almaniyanın “Bild” nəşri peyk görüntülərinə əsaslanaraq Asiyanın ən böyük duz gölü hesab edilən Urmu gölünün tamamilə quruduğunu bildirib.

Patrulaz.az nəşrdə verilən məlumata əsasən xəbər verir ki, 4 min ildən artıq tarixi olan göl bir vaxtlar Avropanın Konstans gölündən on dəfə böyük idi. Hazırda isə ərazidə yalnız kiçik duzlu gölməçələr qalıb.

Nəşr ekoloji fəlakətin səbəbini təkcə iqlim dəyişiklikləri ilə deyil, həm də İran hakimiyyətinin səhlənkarlığı və su ehtiyatlarının yanlış idarə olunması ilə əlaqələndirib.

Digər nəşr “Iran News Update” isə ölkədə bir milyondan çox qanunsuz su quyusunun mövcudluğunu, bunun da qrunt sularını sürətlə tükətdiyini vurğulayıb.

Hər iki nəşr İran hakimiyyətini tənqid edərək qeyd edib ki, Tehran ekoloji problemlərə deyil, silahlı qruplaşmalara, xüsusilə də HƏMAS-a vəsait ayırır.

media-img-20250925-wa0115

 


Bənzər xəbərlər