media-9685a7c8-da41-48bc-8efe-d65ed498e0d6

“USAİD-in fəaliyyətində qaranlıq məqamların olması əvvəldən də bəlli idi. Xüsusilə də Azərbaycandakı fəaliyyəti dövründə bir qayda olaraq hakimiyyətə müxalif mətbuat orqanları, QHT və siyasi dairələri maliyyələşdirməyə, xüsusi kadrlar yetişdirməyə böyük önəm verirdi. Bütövlükdə USAİD-in daxili siyasətə qarışmaq cəhdləri açıq-aydın görünürdü”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

media-334439_6lef6lfxsr

Deputat bildirib ki, illik büdcəsi 40 milyard dollar olan qurumun büdcəsinin böyük bir hissəsi ayrı-ayrı ölkələrdə mətbuat orqanlarını ələ almağa yönləndirilibmiş: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə müəyyən mətbuat orqanlarında Azərbaycan əleyhinə çirkin yazılar yayımlanır, bəzən isə böhtan atılırdı. Bu proseslərin kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, məqsədli şəkildə edildiyi aydın görünürdü. İndi məlum olur ki, bütün bunların arxasında USAİD dayanırdı. Dünya real, obyektiv Azərbaycanı deyil, USAİD-in formalaşdırmaq istədiyi Azərbaycanı görməyə məcbur edilirdi. Lakin haqq-ədalət öz yerini tapdı.
USAİD-in çirkin siyasəti bu gün Amerikanın özündə ciddi narazılıq doğurdu. Eyni zamanda Azərbaycana böhtan atıldığı da bir daha aydın oldu. Təbii ki, Azərbaycanla bağlı qeyri-obyektiv yazılar yenə də olacaq. Lakin Azərbaycan öz inkişafında elə bir yerə çatıb ki, artıq haqqımızda söylənən fikirlərin beynəlxalq aləmdəki nüfuzumuza ciddi təsiri yoxdur. Ölkə öz hüquqlarını, suverenliyini xalqın dəstəyinə, milli maraqlara söykənərək həll edirsə, nəticə də hər zaman müsbət olur”.


Bənzər xəbərlər