media-inshot_20260108_080350988

“Uzak Şehir” serialındakı Cihan obrazı ilə məşhurluğunu daha da artıran türkiyəli aktyor Ozan Akbaba böyük bir reklam müqaviləsinə imza atıb.

Patrul.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, tanınmış aktyor mənzil maliyyələşdirmə sahəsində fəaliyyət göstərən nüfuzlu bir brendin siması seçilib.

Məlumata görə, Akbaba bu reklam əməkdaşlığından 30 milyon türk lirəsi gəlir əldə edəcək.

Aktyorun iştirak etdiyi reklam kampaniyasının yaxın dövrdə həm televiziya kanallarında, həm də rəqəmsal platformalarda geniş şəkildə yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Ozan Akbaba indiyədək bir sıra məşhur türk seriallarında rol alıb. Onun karyerasında dönüş nöqtəsi olan “Eşkiya Dünyaya Hükümdar Olmaz” (2015–2021) serialında canlandırdığı İlyas Çakırbəyli obrazı aktyora böyük şöhrət qazandırıb.

Bundan əlavə, sənətçi “Kasaba Doktoru” (2022–2023) adlı tibbi-dram janrlı serialda baş rolda – Dr. Ömər Özen obrazı ilə tamaşaçı qarşısına çıxıb. O, həmçinin “Ben Bu Cihana Sığmazam” (2022–2023) aksion-dram serialında da əsas heyətdə yer alıb.

Lakin Akbabanın karyerasında yeni zirvə məhz 2024–2025-ci illərdə yayımlanan və hazırda da davam edən “Uzak Şehir” serialı ilə gəlib. Bu layihə aktyorun həm populyarlığını, həm də kommersiya dəyərini əhəmiyyətli dərəcədə artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər