media-7d593a46-7060-4be3-85e7-d9e9e8724780

İctimaiyyətin sosial şəbəkələrdə yaxşı tanıdığı, pediatr kimi təqdim olunan Sevinc Əliyeva bu dəfə fərqli bir səbəblə gündəmə gəlib. “Büllur Klinikası” MMC barəsində operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlamalar nəticəsində qanun pozuntusu faktı aşkarlanıb.

32gun.az xəbər verir ki, yoxlama zamanı müəssisədə nağdsız hesablaşmaların qanunla müəyyən olunmuş tələblərə uyğun həyata keçirilmədiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və “Büllur Klinikası”na 4 636,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Rəsmi məlumatlara əsasən, klinikanın hüquqi təmsilçisi Sevinc Əliyeva Allahverdi qızıdır, nizamnamə kapitalı isə cəmi 30 manat təşkil edir.

Patrulaz.az olaraq qeyd edək ki, bu Sevinc Əliyevanın ilk dəfədir ki, ictimai diqqətə səbəb olması deyil.

İddialara görə, 2022-ci ilin dekabrında həkim Sevinc Əliyeva Instagram sosial şəbəkəsində özünü tərifləmək məqsədilə yaratdığı feyk hesabdan səhvən öz rəsmi səhifəsinə şərh yazaraq izləyiciləri aldatmağa çalışdığı üçün sərt tənqid hədəfinə çevrilmişdi. O zaman 18 illik autizm xəstəsi övladı olan “pasiyent” obrazında yazdığı tərif şərhi, sehvən öz profilindən yazdığı üçün pərdələnmə üzə çıxmışdır. Hadisə izləyicilər tərəfindən dərhal ifşa edilmiş və sosial mediada geniş müzakirə olunmuşdu.

Bu dəfə isə problem saxta şərhlə deyil, vergi qanunvericiliyinə zidd fəaliyyətlə bağlıdır.

Sevinc Əliyeva ilə bağlı ictimaiyyətin diqqətini çəkən bu cür hallar, həkim etikasına və ictimai nüfuza xələl gətirən nümunə kimi dəyərləndirilir. Sosial mediada etibar qazanmaq üçün süni metodlara əl atan, indi isə rəhbəri olduğu tibb müəssisəsinin vergi qanunvericiliyinə əməl etməməsi ilə gündəmə gələn Sevinc Əliyeva barədə ictimai rəy bir daha sual altına düşüb.

media-98f0f15c-2562-41f7-b4ea-e65c1967532d


Bənzər xəbərlər