Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hacıağa Abbasov, ev 56 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu 21 yanvar 2025-ci il tarixinin səhər saatlarında Bakıxanov ərazisində yerləşən “Stimul klinikası”na bağırsaqlarını müayinə etdirmək üçün yaxınlaşır. Orada olduğu müddətdə təzyiqi aşağı düşən Ceyhunun özünü təzyiq dərmanı üçün aptekə göndərirlər. Daha sonra “narkoz həkimi” işdə olmayan klinika Ceyhunu “Medilife klinikası”na yönləndirir.

Patrulaz.az-a daxil olan məlumata görə, sözügüdən klinikada Ceyhun Süleymanovun heç bir analiz və həkim baxışı olmadan bağırsaqları 3-4 dəfə yuyulur. Saat 14:00, 15:00 arası anası ilə telefon danışığı aparan Ceyhun hər şeyin yaxşı olduğunu və proses başa çatdıqdan sonra evə gələcəyini deyir. Bundan sonra bağırsaqları təkrar yuyulan zaman orada nə baş verdiyi heç kimə məlum deyil. Onunla gedən dostunun dediyinə görə, dəhlizdə təşvişlə ora-bura qaçan həkimlər xəstənin ayılmadığını deyib.

Mərhumun həyat yoldaşı Süleymanova Fidan Faiq qızı Patrulaz.az-a müraciətində bildirib ki, 21.01.2025-ci il tarixindən, yəni hadisə baş verən gündən bu yana mərhumun ailəsinə klinika tərəfindən heç bir açıqlama verilməyib və ölüm səbəbi hələ də məlum deyil.

Sabunçu rayon Prokurorluğunda hazırda işə baxış prosesi davam edir.

Fidan Süleymanova bir daha Sabunçu rayon Prokurorluğuna, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və TƏBİB-ə səslənərək, 11-12 yaşlı övladlarını, xəstə valideyinlərini gözüyaşlı qoyanların, səbəkarların aşkarlanıb layiqincə cəzalandırılmasında ona köməklik etmələrini və məsələyə etinasız yanaşmamalarını xahiş edir.


Bənzər xəbərlər