“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması zəruri idi. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə çox təəssüf ki, bu imkanlardan müxtəlif qüvvələr müstəqil dövlətlərin işinə qarışmaq, həmin ölkə ictimaiyyəti daxilində düzgün olmayan fikir formalaşdırmağı qarşısına məqsəd qoyub”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.


Deputat bildirib ki, dövlət sözügedən məsələlərə münasibət bildirmək üçün parlament səviyyəsində komissiya yaratdı: “Həmin komissiyanın vaxtaşırı araşdırmaları Azərbaycana informasiya hücumunun başladığını göstərir. İnformasiya məkanına yalan, böhtan xarakterli məlumatların yayılması, Azərbaycan vətəndaşlarında öz ölkəsi haqqında neqativ fikir formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Eyni zamanda ölkənin həm dövlət, həm də ictimai sektorunun saytlarına hücum edərək, fəaliyyətini dayandırmaq cəhdləri də az deyil. Bu baxımdan komissiya vaxtaşırı araşdırmaq apararaq, öz nəticələrini ictiamiyyətə açıqlayır.
Görünən odur ki, Azərbaycanın müstəqil daxili-xarici siyasəti onlarda narahatlıq yaradır. Buna görə də Azərbaycanın apardığı siyasətə kölgə salmaq və yaxud da bunu yanlış formada təqdim etmək cəhdləri var. Azərbaycan vətəndaşının onsuz da belə məsələlər də konkret mövqeyi mövcuddur. Bu səbəbdən də komissiyanın verdiyi məlumatlar vətəndaşlar tərəfindən anlayışla qarşılandı. Vətəndaşlarımız dövlətin yanındadır və kiminsə daxili işlərimizə qarışmasına, Azərbaycanı beynəlxalq birlikdə nüfuzdan salmasına heç bir zaman imkan verməyəcək”.


Bənzər xəbərlər