media-51b79e8a-4e8d-48db-a4c0-445cabd8f51e

“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün BMT-nin İnsan Hüquqları Şurasında səsləndirdiyi fikirlər qərəzlidir və heç bir halda qəbul olunan deyil. Volker Türk və rəhbərlik etdiyi qurum uzun illər ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyondan çox insanımızın qaçqın və məcburi köçkün həyatı yaşamasına, dini və mədəni abidələrimizin dağıdılmasına, mina terroruna və 4 minə yaxın azərbaycanlının itkin düşməsinə göz yumduğu halda indi ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən şəxslərin azad edilməsinə dair çağırış etməsi beynəlxalq hüquq prinsiplərinə zidd olmaqla, bu qurumun obyektivliyinə və etibarlılığına ciddi zərbə vurur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-img_2559
O bildirib ki, Volker Türk yaxşı bilməlidir ki, müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan şəxslər üçün ədalətli məhkəmə araşdırılması vacibdir: “Odur ki, Ali Komissarın suveren bir dövlətin məhkəmə-hüquq sisteminə müdaxilə etməyə çalışması onun mandatına və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik olmaqla yanaşı, həm də faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir.
Ayrı-ayrı dairələrin sifarişləri əsasında mövqe ortaya qoyan Volker Türk kimilərin ikili standartlarla prosesə yanaşmasının nəticəsidir ki, BMT kimi bir qurum hər kəçen gün öz nüfuzunu daha da itirir. Əgər sən hər hansı bir ölkədə terorrçulara qarşı mübarizəyə “suveren dövlətin qanuni haqqı” kimi baxıb başqa bir ölkədə terrorçuların azad edilməsinə çağırışlar edirsənsə bu qərəzdir və ölkəmizi gözdən salmaq cəhdidir.
Həm V. Türk, həm də təmsil etdiyi qurum bilməlidirlər ki, cəzasızlıq, yeni cinayətlərə, terror və münaqişələrə xidmət edir. Bu gün cinayətkarlar və terrorçuların ədalət mühakiməsinə verilməsi ölkəmizin qanunu haqqıdır və heç bir beynəlxalq təşkilatın qərəzli mövqeyi onun öz haqqını müdafiə etməsinə mane ola bilməz”.


Bənzər xəbərlər