media-inshot_20260206_160804633

Gündəlik həyatımızda insanlar ən çox istifadə etdiyi mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” vasitəsilə ünsiyyət qurur və burada ailə üzvləri, dostlar, həmkarlar və tanışlarla tez-tez əlaqə saxlayırlar. Lakin bu platforma rahatlığı ilə yanaşı, bəzən şəxsi təhqir, nalayiq ifadələr və hətta şantaj üçün də istifadə oluna bilər ki, bu da insanların psixoloji rahatlığını pozur və hüquqi məsuliyyət yaradır.

Bəs, “WhatsApp” üzərindən edilən şəxsi təhqirə görə Azərbaycan qanunvericiliyində hansı cəza nəzərdə tutulur?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, “WhatsApp”da şəxsi mesajlar adətən cinayət məsuliyyəti doğurmur, amma geniş yayım və ya ictimai təhqir hallarında Cinayət Məcəlləsi 148-cü maddəsi tətbiq oluna bilər:

“”WhatsApp” fərdi mesajlaşmadır və adi iki nəfər arasında qısa mesajlar adətən “kütləvi informasiya vasitəsi və ya internet informasiya ehtiyatı” kimi qiymətləndirilmir.

Əgər mesaj geniş auditoriya ilə paylaşılır, çoxsaylı şəxslərin daxil olduğu qrupda yayımlanırsa və ya ictimaiyyətə açıq şəkildə təhqir xarakteri daşıyırsa, cinayət məsuliyyəti yaranma ehtimalı artır. Bu halda Cinayət Məcəlləsinin 148-cü maddəsi ilə məsuliyyətə cəlb edilə bilər”.media-inshot_20260206_135005893

Vəkilin sözlərinə görə, şəxsi mesajla təhqir İnzibati Xətalar Məcəlləsi 510-cu maddəsi ilə xırda xuliqanlıq sayılır:

“WhatsApp və digər messencerlər üzərindən edilən şəxsi mesaj bölümü vasitəsi ilə təhqir isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 510-cu maddəsi ilə, xırda xuliqanlıq kimi qiymətləndirilə bilər”.

Cəmilə Cəfərzadə 


Bənzər xəbərlər