media-inshot_20250814_104846361

WhatsApp Rusiyanı rabitə azadlığını məhdudlaşdırmaqda ittiham edib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hökumətinin WhatsApp və Telegram messencerlərində zəng xidmətlərini bloklamasından sonra WhatsApp rəhbərliyi sərt açıqlama yayıb.

Şirkət bu addımı istifadəçilərin rabitə azadlığı və şəxsi ünsiyyət hüquqlarının pozulması adlandırıb.

“Rusiya 100 milyondan çox istifadəçimiz üçün WhatsApp-ı bloklamağa çalışır. Biz başdan-başa şifrələnmiş rabitənin bütün dünyada, o cümlədən Rusiyada mövcud olması üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə şirkətin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Rusiya son illər internet üzərindən fəaliyyət göstərən beynəlxalq platformalara qarşı nəzarət və məhdudiyyətləri kəskin şəkildə artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər