"WhatsApp" zənglər üçün yeni funksiya istifadəyə verir
“WhatsApp” messenceri zəng zamanı cavab ala bilməyən istifadəçilər üçün səsli mesaj buraxmaq imkanı yaradıb.
Patrulaz.az xəbər verir ki, yenilik barədə məlumatı “WABetaInfo” portalı yayıb.
Bildirilir ki, funksiya hazırda “Android” istifadəçiləri üçün 2.25.23.21 beta versiyasında sınaqdan keçirilir. Yeni interfeysdə “Zəngi bitir” və “Yenidən zəng et” seçimlərinin arasında əlavə edilən “Səsli mesaj yaz” düyməsi mövcuddur.
İstifadəçi bu düyməni seçdikdə qeyd avtomatik başlayır və səs yazısı birbaşa buraxılmış zəng bildirişi ilə birlikdə söhbət bölməsinə göndərilir. Beləliklə, hər iki bildiriş birləşdirilərək qarşı tərəfin vəziyyəti daha aydın başa düşməsinə şərait yaradır.






