media-photo-output

Azərbaycanda fəaliyyət göstərən “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının azaldılmasından narazıdır.

Patrulaz.az-a daxil olan şikayətdə bildirilir ki, hazırda ölkədə məhsul və xidmət qiymətləri sürətlə bahalaşdığı halda, “Wolt” kuryerlərinin qazancı azaldılıb.

Onların sözlərinə görə, bu vəziyyət kuryerlərin gündəlik tələbatlarını və sosial öhdəliklərini yerinə yetirməsini çətinləşdirib:

“Vergini bu qiymətlə necə ödəyək? DSMF-ni necə bağlayaq?” – deyə narazı kuryerlərdən biri bildirir.

O, əlavə edir ki, motosikletin benzin xərcləri, ayda ödənilən internet paketi, ev üçün məhsul və dərmanlar üçün tələb olunan büdcə indiki gəlirlə təmin edilə bilmir:

“Hara müraciət edəcəyimizi bilmirik. Sizdən xahiş edirik, bizə kömək edin, səsimizi çatdırın. İctimai dəstəyə ehtiyacımız var”, – deyə kuryer şikayətini bildirib.

Qeyd edək ki, son aylarda Azərbaycanda bir çox məhsul və xidmətlərin qiymətində artım müşahidə olunur. Kuryerlər aidiyyəti dövlət qurumlarının məsələyə müdaxilə etməsini istəyirlər.

Gülbəniz Səfərova

media-4208d58d-4db6-49bb-b963-8bbcf9d68cbd media-f845eccb-99d5-4190-9445-1be1576b70b1 media-984ae1de-4604-4007-bbdc-89a1f6c7aaf8 media-e302dd05-8233-4464-b792-cd54bd09caab


Bənzər xəbərlər