media-1a0dee63-53ea-4b8b-8901-c8fb59da7ea1

Paytaxtda “Wolt” çatdırılma xidmətinin kuryerləri əməkhaqlarının aşağı olmasına etiraz edərək boykot çağırışları edirlər.

Patrulaz.az-a daxil olan videoda kuryer həmkarlarını birliyə səsləyərək, mövcud əməkhaqqı şərtlərinə qarşı boykota çağırıb:

“Biz “Wolt”u boykot edirik. 1 manat 10 qəpik məbləğində sifariş verirlər. Biz bu məbləğlə neçə sifarişi ünvanına çatdıraq ki, günün sonunda 30-40 manat qazanc əldə edək?” – deyə kuryer bildirib.

Onun sözlərinə görə, ölkədə qiymətlər artsa da, çatdırılma xidmətində əməkhaqqı dəyişməz qalıb. Etiraz edən kuryer “Wolt”dan imtina edərək “Bolt” çatdırılma xidmətinə keçəcəyini də açıqlayıb. O həmçinin müştərilərə də müracət edərək, onları “Wolt” xidmətinin keyfiyyətsizliyindən də xəbərdar edib:

“Biz “Bolt” xidmətinə keçəcəyik. Əziz müştərilər, əgər siz “Wolt’dan yemək sifariş etsəniz, çatdırılma ya gecikəcək, ya da ümumiyyətlə ünvanınıza çatdırılmayacaq”, – deyə o əlavə edib.

Hazırda məsələ ilə bağlı “Wolt” tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər