media-inshot_20260216_182435327

“X” sosial şəbəkəsində bəzi istifadəçilər platformaya qoşulmaqda çətinlik çəkirlər.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, istifadəçilər veb sayt, mobil tətbiq və serverə qoşulma zamanı problemlərlə üzləşdiklərini bildirirlər. Platformada fasilələr və kəsintilər müşahidə olunur.

Məlumata görə, bu problemlərlə Ukrayna, ABŞ, Polşa, Böyük Britaniya, Fransa və Almaniyada yaşayan istifadəçilər üzləşiblər.

Xüsusilə Ukraynada istifadəçilərin 58 faizi veb sayt, 38 faizi isə mobil tətbiqlə bağlı problemlərdən şikayət edir.

ABŞ-də da kəsintilər müşahidə olunur. Burada respondentlərin 16 faizi veb saytın, 53 faizi isə tətbiqin düzgün işləmədiyini bildirib.

Bundan əlavə, Polşa, Fransa, Almaniya və Böyük Britaniyada da texniki nasazlıqlar qeydə alınıb. Belə ki, Polşada əsasən tətbiqlə bağlı şikayətlər (53 faiz), Almaniyada serverə qoşulma problemləri, Fransada isə tətbiqlə bağlı çətinliklər (istifadəçilərin 56 faizi) müşahidə olunur.

Qeyd edək ki, hələlik platforma rəhbərliyi baş verən nasazlıqlarla bağlı rəsmi açıqlama yaymayıb.


Bənzər xəbərlər