Xaçmaz-Quba yolunda yol qəzası: Sürücü hadisə yerində həyatını itirdi
Xaçmaz-Quba avtomobil yolunda qəza olub.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, dünən gecə Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Yergüc kəndindən keçən hissəsində Quba rayonu istiqamətində hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirib.
Avtomobil yolun sağ kənarında olan ağaca dəyərək dayanıb, nəticədə aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






