Xalq marketlərə axın etdi
İspaniyada baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra ölkənin Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət (OHAL) elan olunduğunu açıqlayıb. Nazirlik bildirib ki, fövqəladə vəziyyət statusu, bu rejimi tələb edən bölgələrdə tətbiq olunacaq. İndiyə qədər Madrid, Əndəlus və Ekstremadura bölgələri elektrik kəsintiləri səbəbindən mərkəzi hökumətdən ictimai asayiş və digər funksiyaların öz öhdəsinə götürülməsini istəyib.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, elektrik kəsintisi xalq arasında panikaya səbəb olub və bu vəziyyət supermarketlərdə özünü göstərib. Madrid və Barselona kimi şəhərlərdə insanlar elektrik kəsintisindən dərhal sonra marketlərə axışıb. Panik alış-veriş səhnələri mobil telefon kameralarına da əks olunub.
İspaniya elektrik şəbəkəsi operatoru “Red Electrica” bəyan edib ki, artıq Kataloniya, Aragon, Bask bölgəsi, Qalisiya, Asturiya, Navarre, Kastilya və Leon, Ekstremadura, Əndəlus və La Rioxanın bəzi hissələrinə elektrik enerjisi verilməyə başlanılıb və digər bölgələrə də tədricən elektrik təchizatı bərpa olunacaq.
Ləman Sərraf






