media-inshot_20251031_114101038

Rusiyada vətəndaşlar arasında ölkə rəhbəri Vladimir Putinə etibar səviyyəsini ölçən sorğu keçirilib.

Patrulaz.az “News.ru”ya istinadla xəbər verir ki, İctimai Rəy Fondu tərəfindən aparılan sorğuda 1 500 respondent iştirak edib.

Sorğu nəticələrinə görə, respondentlərin 77%-i Putinə etibar etdiyini, 79%-i isə onun yaxşı iş gördüyünü bildirib.

Tədqiqat həmçinin göstərib ki, hər 10 respondentdən 7-si dövlətin taleyi üçün şəxsi məsuliyyət hiss edir və ehtiyaclarını şüurlu şəkildə məhdudlaşdırmaq ideyasını dəstəkləyir.

Respondentlərin 45%-i bu fikirlə qəti razılaşdığını, 24%-i isə razılaşmağa meyilli olduğunu qeyd edib.

Nəticələr rusiyalıların Putinə etibarının yüksək olduğunu təsdiqləyir.


Bənzər xəbərlər