media-inshot_20260306_172527893

İsrail İranın ali dini lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahına endirilən zərbələrin görüntülərini yayıb.

Patrul.az xəbər verir ki, dron vasitəsilə çəkilən görüntülərdə hücumun şiddətli olduğu əks olunub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail apardıqları əməliyyat çərçivəsində İranın paytaxtı Tehranda yerləşən Xameneinin iqamətgahına zərbə endirib. Hücum nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei, onun ailə üzvlərindən qızı, 14 aylıq nəvəsi Zəhra Mohammadi Qolpayeqani, gəlini və kürəkəni həlak olublar.

Martın 2-də isə ABŞ və İsrailin İrana zərbələri zamanı yaralanan Xameneinin həyat yoldaşı Mənsurə Xocastə Bagerzadə vəfat edib.

Onların oğlu Müctəba Xamenei fevralın 28-də Tehranda baş verən ABŞ və İsrail hücumlarından sağ çıxıb. Hazırda 56 yaşlı Müctəba Xamenei atasının mümkün varislərindən biri kimi göstərilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər