media-inshot_20250728_133441326

Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub.

Patrulaz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kvadratmetr sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.


Bənzər xəbərlər