media-17399547032739426708_1200x630

“Cənab Prezident İlham Əliyevin Qarabağa səfəri bir çox məsələlərlə əlamətdar oldu. Səfərin hər bir anı müstəqil dövlətçilik tariximiz baxımından çox əhəmiyyətlidir. İlk növbədə ölkə başçısının Ağdam şəhərində 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olması təhsilimizə verilən xüsusi diqqəti göstərir. Eyni zamanda keçmiş məcburi köçkünlərin qayıdacaqları zamandan etibarən övladlarının məktəblə təmin olunmasına dövlətimizin qayğısıdır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

media-musaqasimli

Deputat bildirib ki, Əsgəran Qala Kompleksinin konsepsiyası ilə tanış olan dövlət rəhbəri tariximizə olan hörmət və ehtiramı bir daha göstərmiş oldu: “Bu addımı ilə dövlət başçımız hər bir Azərbaycan vətəndaşına milli tarixinə sahib çıxmaq dərsi verir, abidələri mühafizə etmək üçün böyükdən kiçiyə hamıya nümunə göstərir. Cənab Prezidentin bu səfəri zamanı Xankəndində “Bulud” hotelini açması bir çox baxımdan, xüsusilə də turizm imkanlarına şərait yaratmaq üçün əhəmiyyətlidir. Torpaqlarımızın qısa müddət ərzində işğaldan azad edilməsinə baxmayaraq, cənab Prezidentin qardaş Özbəkistanla birlikdə tikiş fabrikinin işə salınması yeni iş yerlərinin açılması və daxili istehsalın inkişafına kömək edir.

Səfər zamanı millətimizdə ən çox qürur hissi yaradan addımlardan biri Xankəndində Zəfər parkının təməlinin ölkə rəhbəri tərəfindən qoyulması oldu. Bu sadəcə bir park deyil, onun dərin mənası var. Xankəndində salınacaq Zəfər parkı millətimizin və bütün gələcək nəsillər üçün milli qürur, qalibiyyət və başıucalıq rəmzi olacaq. Səfər zamanı dövlət başçımızın Xocalının Ballıca kəndindən fərdi evlərin və infrstrukturun qurulması ilə tanış olması, vətəndaşın evinə getməsi təkcə böyük dövlət və siyasi xadim deyil, eyni zamanda əsl xalq adamı olduğunu göstərir. Ümumiyyətlə, cənab Prezidentin ayağının dəydiyi yerlər hər zaman gülistana çevrilir, atdığı addımlar isə dövlətimizin qalibiyyət rəmzi olub”.


Bənzər xəbərlər