media-inshot_20260116_144247320

Müasir dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan bir qəbilə ilk dəfə yaxın məsafədən görüntülənib.

Patrul.az xəbər verir ki, təbiəti mühafizə üzrə mütəxəssis Pol Rosoli Amazon meşələrində yaşayan əlaqəsiz qəbilələrdən birinin məskunlaşdığı əraziyə gedib.

O, daha əvvəl yalnız uzaq məsafədən və bulanıq şəkildə qeydə alınmış qəbiləni bu dəfə daha yaxından lentə almağa müvəffəq olub.

Görüntülərdə əvvəlcə qəbilə üzvlərinin yay və ox kimi silahlarla ehtiyatla irəlilədiyi müşahidə olunur. Lakin onlar qısa müddət sonra silahları yerə qoyaraq maraq və nisbətən rahat davranışlarla kameraya yaxınlaşırlar.

Qeyd edək ki, dünyada hələ də hərşeydən təcrid olunmuş şəkildə yaşayan təxminən 200 icma var.

Xatırladaq ki, oxşar hadisə 2018-ci ildə baş verib. Həmin vaxt Con Allen Çau adlı xristian missioner tamamilə hərşeydən xəbərsiz “Sentinel” adlı qəbilə ilə əlaqə qurmağa çalışarkən öldürülmüşdü.

media-inshot_20260116_145325564
Con Allen Çau

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər