media-inshot_20260105_211611249

Xərçəng bir çox insanın qorxulu yuxusudur. Bu xəstəlik orqanizmdəki demək olar ki, bütün orqanları təsir edə bilir: Ağciyərlər, qaraciyər, böyrəklər, beyin və s. Lakin maraqlıdır ki, bu qədər geniş yayılan bir xəstəlik olmasına baxmayaraq, ürəkdə rast gəlinən xərçəng hallarına demək olar ki, heç rast gəlinmir. Hətta bəzi insanlar düşünür ki, ürəkdə xərçəng ola bilməz. Bu tam olaraq doğru deyil.

Patrul.az-ın araşdırmasına görə, ürəkdə də nadir hallarda olsa da, xərçəng yaranması mümkündür. Ancaq bu hallar o qədər azdır ki, tibbi statistikada belə çox vaxt xüsusi qeyd edilmir.

Bəs niyə ürək xərçəngi bu qədər nadirdir? Ürəyin bioloji və funksional xüsusiyyətləri xərçəngin yaranmasını necə əngəlləyir?

1. Ürəyin əsas hüceyrələri (kardiomiositlər) yetkinlikdən sonra demək olar ki, bölünmür, buna görə mutasiya və xərçəng riski çox aşağıdır;

2. Ürək toxuması epitel deyil və tez yenilənmir, xərçəng üçün əlverişli deyil;

3. Ürəkdə rast gələn xərçənglərin çoxu başqa orqanlardan yayılmış metastazlardır, ürəkdən başlamır;

4. Statistikaya görə, birincili ürək xərçəngi çox nadirdir və əksər hallarda benign olur.

Beləliklə, ürəyin bioloji strukturu və hüceyrələrinin bölünməmə xüsusiyyəti xərçəngə qarşı təbii qorunma yaradır.

  • Cəmilə Cəfərzadə

Bənzər xəbərlər