Xırdalanda kanalizasiya suları küçələrə axdı – sakinlər pəncərə belə aça bilmir - VİDEO
Paytaxtın Xırdalan rayonu ərazisində kanalizasiya sistemində baş verən nasazlıq nəticəsində sular daşaraq yol infrastrukturunu yararsız vəziyyətə salıb.
Patrulaz.az-a daxil olan kadrlarda açıq kanalizasiya sularının ətrafa axdığı, ərazidə antisanitar və xoşagəlməz mənzərənin yarandığı açıq şəkildə görünür. Yol boyu yayılan pis qoxu sakinlərin narazılığına səbəb olub.
Ərazə sakini bildirir ki, bu vəziyyət təkcə yay aylarında deyil, qışda da eyni şəkildə davam edir:
“Nə piyadalar, nə də avtomobillər rahat hərəkət edə bilir. Pis qoxudan pəncərə açmaq belə mümkün deyil”.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini və problemin birdəfəlik həll olunmasını xahiş edirlər.
Gülbəniz Səfərova






