media-screenshot_20250902_103724_instagram

Bakıda gənc qadın oğurluğa cəhd edib.

Patrulaz.az-ın əldə etdiyi sosial media görüntülərinə əsasən, hadisə Xırdalanda, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən “Fresh Market”də baş verib.

Belə ki, “qaraçı” olduqları deyilən gənc qadın uşaqlarla birlikdə mağazaya daxil olub. Bundan sonra kassanın boş olduğunu və ətrafda heç kimin olmadığını görən qadın pulların olduğu kassanı açmağa cəhd edib. Lakin merket sahibi onu gördüyünə görə geri çəkilməli olub.

Daha sonra vəziyyətdən şübhələnən market sahibi gənc qadını və uşaqları obyektdən çıxarıb.

Hadisə anı anbaan marketin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda son dövrlərdə qaraçıların oğurluq halları artmaqda davam edir.


Bənzər xəbərlər