"Xocalı soyqrımı sivilizasiyaya qarşı törədilmiş ağır cinayətdir”- DEPUTAT
“Ermənistanın Xocalıda mülki azərbaycanlı əhaliyə-uşaqlara, qocalara, qadınlara qarşı törətdiyi soyqırımı miqyasına görə daha geniş olub, bəşəriyyətə və sivilizasiyaya qarşı törədilmiş ağır cinayətdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin sədrinin müavini Musa Qasımlı bildirib.
Deputat bildirib ki, bu soyqrımı ilə bağlı bütün həqiqətlərin üzə çıxmasında Ulu Öndər Heydər Əliyevin böyük tarixi xidmətləri olub: “Cənab Prezident İlham Əliyev “hücum diplomatiya”sı taktikasını müəyyənləşdirdikdən sonra bu sahədə işlər genişləndirildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Xocalı soyqrımının tanıdılması istiqamətində fəaliyyətə başladı. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası öz nəticələrini verdi. Bu barədə çox sayda kitabçalar nəşr edildi,“Sonu görünməyən dəhliz” sənədli filmi çəkildi.
Bir sıra ölkələrin tarix dərsliklərinə Xocalı soyqrımı daxil edildi, bəzi ölkələr soyqırımı tanıdılar. Bu gün Xocalı soyqrımı qurbanlarının ruhu şaddır. Azərbaycanın bütün əraziləri işğaldan azad edilib, dövlət suverenliyimiz bərqərar olunub. Dövlət başçısı İlham Əliyev 2024-cü ilin fevralında Xocalı soyqrımı günü Xocalı şəhərində soyqrımı qurbanlarının abidəsinin təməlini qoydu. Biz bu günü bir daha ona görə xatırlayırıq ki, tarixi unutmayaq.
Xocalıda azərbaycanlılar yalnız etnik mənsubiyyətinə görə qətlə yetirildilər. Amma həmin soyqrımı törədənlərin bəziləri bu gün Azərbaycan ədalət məhkəməsi qarşısında cavab verirlər”.