media-img_9516

Xocavənddəki tarixi “Xan çinar”ın ətrafında antisanitar vəziyyət aradan qaldırıldı.

Patrulaz.az xəbər verir ki, dünən Patrul.az media şirkətinin rəhbəri, sosial media üzrə ekspert Səməndər Niftəliyev Xocavənd rayonunun Hərəkül kəndində yerləşən, 1876-cı ildə əkilmiş “Xan çinar” kimi tanınan tarixi çinar ağaclarının ətrafında vətəndaşların yaratdığı antisanitar vəziyyəti əks etdirən tənqidi videoçarx çəkərək sosial platformalarda paylaşmışdı.

Videoçarxda ərazidə toplanmış məişət tullantılarının, təbiətə qarşı laqeyd münasibətin və ziyarətçilərin məsuliyyətsiz davranışlarının yaratdığı mənzərə ictimaiyyətin diqqətinə çatdırılmışdı.

Patrul.az bildirir ki, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.Tarixi ağacların ətrafı yenidən səliqəli və ziyarət üçün münasib hala gətirilib.

Patrulaz.az olaraq bu işdə əziyyəti olan bütün dövlət qurumlarına təşəkkürümüzü bildiririk. Lakin bir daha qeyd edirik ki, təbiətin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur. Hər kəs öz zibilini özü toplayıb lazımi yerlərə atsa, bəlkə də təbiət bizi bağışlayar.

Günay Salayeva


Bənzər xəbərlər