“Xosrov" ləqəbli tanınmış tiktoker həbs edildi - VİDEO
Moslemi Khosrow Bebek oğlu sosial platformalarda sürücüləri yol hərəkəti qaydalarını pozmağa, avtoxuliqanlığa meyilli davranışları təbliğ etməsi ilə bərabər özü də bu əməlləri həyata keçirmişdir.
Patrulaz.az-ın məlumatına görə, Binəqədi RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Moslemi inzibati qaydada həbs edilib.






