Xudatda yolun ortasında ağaclar: Sürücülər üçün real təhlükə- VİDEO
Xudat şəhərində çəkilmiş bu görüntü sosial şəbəkələrdə geniş rezonans doğurub.
Patrulaz.az xəbər verir ki, yolun ortasında salamat şəkildə qalmış iki ağac sürücülər üçün ciddi təhlükə yaradır. Bu vəziyyət xüsusilə gecə saatlarında qəzaya səbəb ola bilər.
Ən təəccüblüsü isə odur ki, bu yolda nə bir xəbərdarlıq nişanı, nə də hər hansı təhlükəsizlik tədbiri görülüb. Heç bir işıqlandırma və qoruyucu baryer olmayan bu ağaclar, yol hərəkəti üçün real təhlükəyə çevrilib.
Videonu paylaşan şəxs ironik şəkildə bildirib:
“Mətbuat Günündə mətbuatın işıqlandırdığı problemin qurbanı olacaqdıq az qala…”
Həmin görüntüləri təqdim edirik:






