Yalnız öz bildiyini edən BÜRCLƏR
Bürclər insanların xarakterlərini, davranışlarını və qərarvermə tərzlərini müəyyən dərəcədə izah edir. Bəziləri lider ruhu, analitik düşüncəsi və müstəqil qərarvermə qabiliyyəti ilə seçilir. Onlar başqalarının fikirlərini dinləsələr də, son qərarı mütləq özləri verərlər. Həyatda hər şeyə çarə axtaran, emosiyalardan çox məntiqə üstünlük verən bu insanlar həmişə öz yolları ilə getməyi üstün tuturlar.
Patrulaz.az öz yolunu seçən və yalnız öz bildiyini edən bürcləri təqdim edir:
Dolça

Azad ruhlu, sərbəstliyi sevən Dolçalar emosiyalarına deyil, ağıllarına və məntiqə güvənirlər. Onlarla dərdləşmək mümkündür, amma özləri nadir hallarda içlərini açar, çünki buna ehtiyac duymazlar. Fərdilik onlar üçün hər şeydən önəmlidir. Məsləhət dinləyərlər, amma qərar vermə anında yalnız öz düşüncələrini əsas götürərlər. Duyğusal söhbətlər onları tez sıxar. Yəni Dolça üçün doğru olan, onun öz iç səsidir.
Əkizlər

Çox yönlü və dəyişkən təbiətli Əkizlər hər şeyə maraq göstərsələr də, bir şey üzərində uzun müddət fokuslana bilməzlər. Bu səbəbdən onları səthi qəbul edənlər olur. Onlar emosional bağlardan asanlıqla uzaqlaşa bilirlər. Eyni masada otursanız da, hansısa qərarın kimdən gələcəyi bəlli olmaz, çünki Əkizlər hər an fərqli düşünə və dərhal hərəkətə keçə bilərlər.
Qoç

Qoçlar bir qərar verdilərsə, ondan dönmək nadir haldır. Sürətli, enerjili və iddialı bu bürc yoluna çıxan heç bir maneəyə əhəmiyyət verməz. Onlar heç kimdən fikir soruşmadan qərar verər, dərhal onu reallaşdırmağa çalışarlar. Bu səbəbdən emosional ehtiyacları və ətrafdakılarla empati qurmaqda çətinlik çəkə bilərlər. Öz yolunu özü çəkən bürclərdəndir.
Oxatan

Oxatan da sərbəstliyə və müstəqil düşüncəyə önəm verən bürclərdəndir. Onlar kiminsə nəzarəti altında yaşamağı və ya başqasının əvəzindən qərar verilməsini qəbul etməzlər. Haqsızlığa qarşı olduqları kimi, bağlılıqdan da uzaq dururlar. Həyatlarına insanları tez qəbul edib, eyni rahatlıqla da uzaqlaşdıra bilirlər. Hazırcavab, ağıllı və təkbaşına hərəkət edən Oxatan – öz bildiyini edənlərin öncüllərindəndir.
Oğlaq

Ciddi, məqsədyönlü və planlı hərəkət edən Oğlaqlar qərar verdikdən sonra fikirlərini dəyişdirmək nadir haldır. Onlar üçün məntiq və intizam, emosiyalardan daha önəmlidir. Hər addımı əvvəlcədən düşünən bu bürc insanları hisslərə deyil, strategiyaya güvənirlər. “Mən” prinsipinə əsaslanan Oğlaq, yalnız öz doğru bildiyi yolla irəliləyir.
Şir

Diqqət mərkəzində olmağı sevən Şirlər, özlərinə inam və qürur hissi ilə seçilirlər. Onlar yüksək məqsədlər qoyar və bu yolda kimsənin sözünə ehtiyac duymadan hərəkət edərlər. Ətrafdakıların hisslərini nəzərə alsalar belə, qərar anında mərkəzdə yalnız özləri olmalıdır. Emosional olsalar da, çıxış yolunu tez tapma qabiliyyətləri və qətiyyətləri ilə öz yollarını çizirlər.
Bu bürclər çox vaxt eqoist və ya inadkar görünə bilər. Lakin onların fərqli baxış bucağı və müstəqil qərarvermə qabiliyyəti çox vaxt uğura aparan əsas amildir. Unutmayaq ki, öz bildiyini etmək həm cəsarət, həm də güvən tələb edir.
Gülbəniz Səfərova






