media-inshot_20260318_144734518

Rusiyanın Tomsk vilayətinin Severski şəhərinin sakini 15 yaşayış obyektini yandırmaqda şübhəli hesab olunur.

Patrul.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nanzirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Severski şəhərindəki hadisədən hüquq-mühafizə orqanları yerli sakinlərin ötən ilin iyul ayında baş verən yanğınlarla bağlı şikayətlərindən sonra xəbər tutublar.

Sonradan DİN əməkdaşları müəyyən ediblər ki, 16 hadisənin məsuliyyəti bir nəfərin üzərinə düşür. O, 15 mənzili və bir yararsız qeyri-yaşayış obyektini yandırıb.

Məlumatda bildirilib ki, dəyən maddi zərərin ümumi məbləği 3 milyon rublu ötüb. Cinayətkarın şəxsiyyəti müəyyən edilib və o, saxlanılıb. Sorğuda şübhəli etiraf edib ki, evləri yandırmaqla sadəcə “alovu seyr etmək istəyib”.

Saxlanılan şəxslə bağlı əmlaka qəsdən ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Hazırda istintaq aparılır və bütün zəruri tədbirlər görülür. Şübhələnin digər yanğınlarda da iştirak etmiş ola biləcəyini istisna olunmur.

Aynur Nadirqızı


Bənzər xəbərlər