Yararsız vəziyyətə düşən Şabrançay körpüsü nəqliyyatın təhlükəsizliyini sual altına alır - VİDEO
Şabran rayonunda yerləşən Şabrançay körpüsü yararsız vəziyyətdə olduğu üçün nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Patrulaz.az-a daxil olan məlumata görə, körpünün üzərindəki asfalt təbəqəsi ciddi şəkildə zədələnib, müxtəlif ölçülü çuxurlar yaranıb və bu, avtomobillərin hərəkətinə maneə törədir.
Görüntülərdən də aydın olur ki, yolun bərbad vəziyyəti nəqliyyatın təhlükəsizliyini sual altına alır. Sürücülər mövcud vəziyyətdən narazılıq edərək məsələ ilə bağlı aidiyyəti qurumların dərhal tədbir görməsini xahiş edirlər.