media-inshot_20250917_115216299

Ekranların sevimlisi, “Sevgi və Gözyaşları” serialının ulduzu, türkiyəli aktyor Barış Arduçun doğulduğu yer eşidənləri təəccübləndirib.

Patrulaz.az “Sabah”a əsasən xəbər verir ki, 1987-ci ildə İsveçrənin Şerzingen şəhərində dünyaya gələn məşhur aktyor əslində Anadolu köklərinə bağlıdır. Onun ata tərəfi Ordunun Fatsa rayonundan, ana tərəfi isə Artvindən olub.

Eyni zamanda, Arduçun ailəsinin alban əsillərinə də bağlılığı var. Bu qarışıq mənşə aktyorun pərəstişkarlarında maraq doğurub və bir çoxları onun “yaraşıqlı genlərinin” haradan gəldiyi barədə müzakirələr aparır.

Bu gün həm Türkiyədə, həm də beynəlxalq miqyasda böyük pərəstişkar ordusuna sahib olan Barış Arduç aktyorluq karyerası ilə yanaşı, şəxsi həyat hekayəsi və maraqlı mənşəyi ilə də medianın diqqətindən yayınmır.

Qeyd edək ki, Barış Arduç indiyədək bir sıra film və seriallarda baş rolda çıxış edib. Onun rol aldığı filmlər arasında “Deliha” (2014), “Deliha 2” (2018) və “Rüzgara Bırak / Chasing the Wind” (2025) yer alır.

Aktyor, həmçinin televiziya seriallarında da böyük uğur qazanıb. Bunlara “Kiralık Aşk” (2015–2017), “Kuzgun” (2019), “Alparslan: Büyük Selçuklu” (2021–2023) daxildir.

2020-ci ildə isə o, “Çukur” serialında qonaq baş rol ifaçısı kimi çıxış edib.


Bənzər xəbərlər