media-img_5677

İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri məlum olub.

Patrulaz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.

E.Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb:

“Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik”.

media-img_5678


Bənzər xəbərlər