Yeni doğulan körpələr daha çox BU XƏSTƏLİKLƏRƏ yoluxur
Yeni doğulan körpələrin immun sistemi tam formalaşmadığı üçün onlar bir çox xəstəliklərə qarşı həssas olurlar.
Patrulaz.az məlumat verir ki, ilk aylarını yaşayan körpələrdə ən çox rast gəlinən problemlərdən biri tənəffüs yolları infeksiyalarıdır – qrip, bronxit və pnevmoniya kimi xəstəliklər onların zəif ağciyər müdafiəsini asanlıqla poza bilir.
Digər geniş yayılmış hal isə bağırsaq infeksiyaları və ishaldır. Körpələrin həzm sistemi hələ yetkinləşmədiyi üçün onlar virus və bakteriyalara daha tez reaksiya verirlər. Həmçinin dəri infeksiyaları və allergiyalar da bu dövrdə sıx müşahidə olunur. Çqnki körpələrin dərisi nazik və həssas olduğu üçün qıcıqlanmaya meyillidir.
Pediatrlar bildirir ki, bu dövrdə körpələrin ana südü ilə qidalanması, vaxtında peyvənd olunması və gigiyena qaydalarına ciddi riayət edilməsi onların xəstəliklərdən qorunmasında ən güclü vasitədir. Yəni, yeni doğulan körpə həyatının ilk aylarında xüsusi qayğı tələb edir, çünki onun zəif bədəni hələ “xarici dünyaya” qarşı döyüşməyi öyrənir.
Ləman Sərraf






