media-masin

Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin yeni təşkili sürücülər arasında narazılığa səbəb olub.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sözügedən ərazidə nəqliyyatın sıxlığı və tıxac açıq şəkildə əks olunub. Sürücülər yeni quraşdırılan işıqforun düzgün koordinasiya olunmamasını bildirərək, bunun nəticəsində təcili tibbi yardım avtomobilinin də hərəkət etməkdə çətinlik çəkdiyini qeyd ediblər.

Qeyd edək ki, ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib. Dəyişiklik çərçivəsində əraziyə işıqfor obyektləri quraşdırılıb, onların fazaları müəyyənləşdirilib, həmçinin yol nişanları və nişanlanma işləri aparılıb.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlardan rəsmi açıqlama verilməyib.


Bənzər xəbərlər