media-skynews-fci-field-cycling-imaging_6945718

Şotlandiyada alimlər beyin şişlərinin daha tez və dəqiq aşkar olunmasını imkan verən “MRT” texnologiyası üzərində işləyirlər.

Patrulaz.az “Xarici KİV”ə istinadən xəbər verir ki, Aberdin Universiteti tərəfindən hazırlanmış “Field Cycling Imaging” adlı cihaz Şotlandiya hökumətindən 350 min funt sterlinq maliyyə dəstəyi alıb. Texnologiya artıq insult və döş şişlərində xüsusi effektivliyi ilə seçilib.

“Bu cihazla biz xəstələrin müalicəsinə fərdi yanaşma tətbiq edə və onların həyat keyfiyyətini yaxşılaşdıra bilərik”, – deyə tədqiqat qrupunun nümayəndəsi bildirib.

Qeyd edək ki, “FCI” aləti aşağı maqnit sahələrində işləyən, bədənə kontrast maddə yeritmədən görüntüləmə imkanı verən yeganə skaner növüdür və ilk dəfə beyin xərçəngi xəstələrinin diaqnostikasında istifadə ediləcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər