Yunanıstan həbsxanasında günahsız yerə saxlanılan Elvin Əhmədov üzləşdiyi haqsızlığın ictimailəşdirilməsini və ona yardım əli uzadılmasını xahiş edir.

Patrulaz.az-a müraciət edən Elvin Əhmədov bildirilib ki, nişanlandığı üçün 5 aydır Antalyada yaşayan Elvin Fethiye bölgəsindən mühərrikli qayıq ilə Bodruma gedərkən yolun yarısında mühərrik nasazlanır və dənizin ortasında 8 saat əlacsız qalırlar.

Dənizdə olduqları üçün mobil şəbəkələri tutmur və heç kimə nə xəbər verə, nə də kömək istəyə bilirlər. Bu saatlar ərzində özləri belə fərqində olmadan qayıq axıntı ilə Yunanıstan sərhədlərinə keçib. Bir müddət sonra polis qayığının yaxınlaşdığını görən Elvin Türk polisi olduğunu düşünərək sevinir, lakin sonradan məlum olur ki, gələn Yunan polisidir və onları Yunanıstan həbsxanasına aparır. Baş verənləri açıqlamağa çalışsa da ona məhəl qoyan olmayıb və məsələni araşdırmadan üzərlərinə insan qaçaqçılığı böhtanı ataraq həbs ediblər. Elvin onu da əlavə edib ki, orada şərtlər çox ağırdır və kimliyindən asılı olmayaraq qaçaqçılıq adı ilə həbs edilən hər kəs 30-40 nəfəri qaçırdığı böhtanı ilə 25-30 il həbsə məhkum edilir. Lakin onlar qayıqda sadəcə 2 nəfər olub: Elvin və qayıqçı.

Nişanlısı və ailəsi, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Elvinin azad olunması üçün kömək istəyir. Onlar Xarici İşlər Nazirliyi və Yunanıstandakı Azərbaycan Səfirliyinin məsələyə müdaxilə edəcəyinə ümid edirlər.


Bənzər xəbərlər