media-inshot_20250902_160241070

Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanda təşkil edilən Beynəlxalq Humanoid Olimpiadası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, tədbirdə insanabənzər robotlar oxatma, futbol və boks kimi idman növlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.

Dörd gün davam edən tədbirdə Yunanıstanın Olimpiada üzrə mütəxəssisləri bir araya gəliblər.

Olimpiada təşkilatçısı, yunan akademiki və startap qurucusu Minas Liarokapis insanabənzər humanoid robotlarının gələcəyi barədə ümidli olduğunu açıqlayıb:

“Mən əminəm ki, humanoidlər əvvəlcə kosmosa, daha sonra isə evlərimizə yol tapacaq…”

Məlumata görə, humanoid robotlar ChatGPT kimi güclü yaddaşa malik deyillər. Onların öyrədilməsi üçün real hərəkətlərin qeydi tələb olunur ki, bu da həm baha, həm də çətin prosesdir. Araşdırmalara görə, humanoid robotlar öyrənmə qabiliyyətində süni intellektdən təxminən 100 min il geri qalır.


Bənzər xəbərlər