Yunanıstanda mətbuat mənsubları qanunvericiliyi “boykot” etdilər!
Yunanıstanda Mətbuat İşçiləri Dərnəyinin (ESHEA) çağırışı ilə bütün mətbuat nümayəndələri 24 saatlıq tətilə başlayıblar.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, kollektiv müqavilələrin yenilənməsi və iqtisadi şərtlərin yaxşılaşdırılması tələbi ilə mətbuat mənsublarının başlatdığı tətil çərçivəsində ölkədə xəbər axını 1 gün müddətinə dayandırılıb.
Radio və televiziyada xəbər bülletenləri ləğv edilib, internet saytları da xəbər yeniləmələrini dayandırıb.
Tətillə əlaqədar sabah ölkədə qəzetlər çıxmayacaq.
Yerli vaxtla saat 05:00-da başlayan tətil sabah saat 05:00-da başa çatacaq.