media-inshot_20250917_000300938

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun son aylarda həyata keçirdiyi iki hücum əməliyyatının uğursuzluqla nəticələndiyini açıqlayıb.

Patrulaz.az “UNN’a istinadən xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Rusiya hazırda payız mövsümündə daha iki yeni hücuma hazırlaşır.

O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücumları dəf etməklə yanaşı, qarşı tərəfə ciddi itkilər də verib:

“Məncə, biz çox yaxşı işlədik. İki əməliyyatı, iki hücum əməliyyatını tamamilə pozduq. Düzünü desəm, bir-iki gün sonra başa düşəcəyik ki, onlar böyük itkilər veriblər və buna nail olmayıblar. Amma bunu açıq şəkildə söyləmək üçün mənə bir-iki gün lazımdır”, – Zelenski vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Rusiya rəhbərliyi real vəziyyəti Putindən gizlədir:

“Onlar payızda daha iki hücum əməliyyatına hazırlaşırlar. Düşünürəm ki, ruslarda hər şey gözlədiklərindən də pisdir. Onlar Putinə bildirdiklərindən qat-qat pisdirlər. Putinin bundan xəbəri yoxdur. Düşünürəm ki, o bunu dərk etmir, amma qrafikləri var, hesabatları var və nə vaxtsa bunu görəcək”,- deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukraynanın rəsmi məlumatlarına görə, son günlər cəbhə xəttində 148 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu Ukrayna mövqelərinə qarşı 3308 hücum həyata keçirib, 2113 kamikadze tipli pilotsuz uçan aparat tətbiq edib.


Bənzər xəbərlər