Zelenskinin sülh danışıqları ilə bağlı təssüratları nikbin deyil
Ukrayna Prezidenti Vladimir Zelenski xarici mediaya açıqlamasında bildirib ki, İrandakı münaqişə Ukraynadakı sülh danışıqlarına təsir edir, çünki üçtərəfli görüşlər “davamlı olaraq təxirə salınır.
“Bu müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı mənim hisslərin nikbin deyil. Təəssüf ki, Amerika daha çox diqqəti Ukraynaya deyil, Yaxın Şərqə cəmləyir. Buna görə də görürsünüz ki, bizim diplomatik görüşlərimiz, üçtərəfli görüşlər davamlı olaraq təxirə salınır. Və səbəb təkdir – İrandakı müharibə”, – deyərək Zelenski bildirib.
Ukrayna prezidenti onu da vurğulayıb ki, danışıq qruplarımız gündəlik olaraq “bir-biri ilə əlaqə yaradırlar:
“Bizim qrup hər gün Amerika tərəfi ilə danışır. Mən bilirəm ki, amerikalılar da ruslarla gündəlik ünsiyyət qururlar”, deyə o qeyd edib.
Martın 15-də Dmitri Peskov açıqlamışdı ki, ABŞ-ın prioritetlərinin dəyişməsi səbəbindən Ukraynaya dair danışıqlarda fasilə yaranıb. O, həmçinin qeyd edib ki, Rusiya Ukraynada döyüş bölgələrində uğurlar əldə edib, lakin münaqişənin sülh yolu ilə həllinə açıqdır.
Martın 17-də Türkiyə Ukrayna ilə bağlı danışıqlarda iştirakı qəbul etməyə hazır olduğunu bildirmişdi. Martın 15-də isə TASS yazmışdı ki, Ukraynaya dair danışıqların yeni mərhələsinin tarixləri hələ müəyyən edilməyib. The “Financial Times” qəzetinin Avropa rəsmi şəxsləri və diplomatlara istinadən yaydığı xəbərə görə, ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları çıxılmaz vəziyyətə düşüb.
Aynur Nadirqızı






