media-9eee70b5-c842-42af-a60c-bda3a85b896a

20 fevral 2025-ci il, saat 23:30 radələrində Nizami rayonu, Nazlı Şadlıq Sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az-ın məlumatına görə, buz bağlamış yolda sürət həddini düzgün seçməyən sürücü idarəetməni itirərək yol kənarında dayanan avtomobilərə və işıq dirəyinə çırpılması nəticəsində zəncirvari qəza baş verib. Hadisəni törədən sürücü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də dövlətə məxsus işıq dirəyinə ciddi ziyan dəyib.

Zərərçəkmiş şəxslər Dövlət Yol Polisinə müraciət edərək məsuliyyətsiz sürücünün tapılmasını və onlara dəymiş maddi ziyanın təmin edilməsini xahiş edirlər.


Bənzər xəbərlər