media-inshot_20260428_162514542

“Anadan olmasının 103-cü ildönümündə görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanı dərin hörmət və ehtiramla anırıq.

Zərifə xanımın ölkəmizdə oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz görkəmli akademikin təşəbbüsü ilə yaradılmışdır”.

Bu fikirləri deputat Bəhruz Məhərrəmov Zərifə Əliyevanın doğum günü ilə bağlı öz təəssüratlarını Patrul.az-a bölüşərkən deyib.

Deputat bildirib ki, Akademik Z. Əliyeva zəngin elmi irsi və yüksək mənəvi keyfiyyətləri ilə Azərbaycan elminə və ictimaiyyətinə dəyərli töhfələr vermişdir:

“Bu gün Onun oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri hələ də gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşmasında müstəsna rol oynamaqdadır.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi Azərbaycan qadınını həm keçmiş İttifaq, həm də dünya miqyasında ləyaqətlə təmsil etmiş, Azərbaycana Müzəffər Lider İlham Əliyev kimi bir oğul bəxş etmişdir”.

media-inshot_20260428_162422866

B.Məhərrəmov qeyd edir ki, Zərifə xanım Əliyevanı hörmət və ehtiramla yad edir, onun xeyirxahlıq və insanpərvərliklə dolu nurlu xatirəsini daim qəlbimizdə yaşadırıq:

“Bu əziz gündə Zərifə xanımı bir daha sevgi ilə yad edir, Ona Allahdan rəhmət diləyirik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ifadə etdiyi kimi, “Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs onun nurlu simasını yaddaşında qoruyub saxlayır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər