media-photo-output

20 Yanvar metrosundan Ziya Bünyadov prospektinə daxil olan yolda təhlükəli mənzərə müşahidə olunub. Yolun ortasında dilənçilik edən azyaşlı nəqliyyatın hərəkətinə maneə yaradır.

Patrulaz.az-a daxil olan görüntülərdə azyaşlı uşağın əlində pankartla yolun ortasında dayandığı açıq şəkildə görünür. Fotoşəkildə isə üzərində “Əziz müsəlman bacı-qardaşlar, anam xəstədir. Xahiş edirəm, mənə köməklik edəsiniz”, sözləri yazılmış pankartı tutaraq azyaşlının pul istədiyi əks olunub.

Bu hal nəqliyyatın intensiv hərəkət etdiyi prospektdə təhlükəli vəziyyət yaranmasına səbəb olur. Sürücülər azyaşlının həm öz həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə doğurduğunu bildirirlər. Onlar aidiyyəti qurumlardan məsələyə dərhal müdaxilə etməyi və uyğun tədbirlər görməyi xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər