media-a36c921a-9fe4-4994-84ed-880baf9ec488

Türkiyənin Samsun şəhərində 10 cinayətə görə axtarılan və 6 il 9 ay həbs cəzası olan məhkum polis tərəfindən evindəki paltar şkafında gizlənərkən saxlanılıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, aparılan əməliyyat nəticəsində məlum olub ki, məhkum “Vergi Prosessual Qanununu pozma” ilə bağlı 4, “Əmtəə nişanına zərər vurma” ilə 2, həmçinin dələduzluq və qanunsuz silah saxlama kimi cinayətlərə görə axtarılırdı.

Qeyd edək ki, məhkum polis bölməsinə aparılıb və hüquqi prosedurlar davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər